KONFRANS ISHTIRAKCHILARI-FOND TANISHLIQ.JPG
7 noyabr 2009

“Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Fondunda olublar

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları noyabrın 7-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondu ilə böyük maraqla tanış oldular.

 

Fondun zəngin ekspozisiyasında toplanan fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

 

Məlumat verilmişdir ki, hakimiyyətdə olduğu dövrdə ümummilli lider iqtisadi rifahın, sosial-mədəni irəliləyişin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün mühüm işlər görmüşdür. Böyük bir xalqın suveren məkanda yaşamaq imkanını ulu öndər gerçəkləşdirmişdir.

 

Qonaqlar Heydər Əliyev Fondunun görkəmli siyasi xadimin zəngin irsinin öyrənilməsi, təbliği, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti ilə bağlı apardığı işləri yüksək qiymətləndirdilər.

 

Konfrans iştirakçıları Fondun xatirə kitabına ürək sözlərini yazdılar.


FOTO