01_H.ALIYEV-FOND-ZIYARAT .JPG
12 dekabr 2009

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün dekabrın 12-də Heydər Əliyev Fonduna gəlmişlər.

 

Qonaqlara Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılmışdır.

 

Ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin bir çox dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verilmişdir. Qonaqlar ulu öndərin həyat və yaradıcılığı ilə bağlı Fondda toplanmış zəngin sənədlərlə maraqla tanış olmuşlar.

 

Fondun sərgi və ekspozisiyası ilə tanış olan nazirliyin əməkdaşları dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin yarım əsrdən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, bu böyük insana həsr olunmuş kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxmışlar.

 

Daha sonra ulu öndərin həyat və fəaliyyəti ilə bağlı “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur.

 


FOTO