HEYDER ALIYEV FONDU KOREYA NUMAYENDE HEYETI.JPG
25 yanvar 2008

Koreya Respublikası Baş nazirinin müavini Kim Sin İlin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Koreya Respublikası Baş nazirinin müavini, təhsil və insan ehtiyatları naziri Kim Sin İlin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 25-də Heydər Əliyev Fondunda olmuşdur.


Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Koreyalı qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, dahi şəxsiyyət haqqında kitablarla tanış oldular.

 

Kim Sin İlə Fondun “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edildi. Nümayəndə heyətinin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.


FOTO