EANA - SAFAR - AZERBAYCAN - HEYDAR ALIYEV FONDU ILA TANISHLIQ.JPG
18 mart 2008

Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti Matyas Vins Heydər Əliyev Fondunda olub

Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti Matyas Vins martın 18-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonaq ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, dahi şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir mərhələsi barədə geniş təsəvvür yaradan sənədlərə, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyəti ilə bağlı fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdi.


Məlumat verildi ki, ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, ümummilli liderin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Matyas Vins Xatirə kitabına ürək sözlərini yazdı, Fondla tanışlıqdan xoş təəssürat aldığını bildirdi.

 

Qonağa Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə olundu.

 

Fondla tanışlıqda cənab Matyas Vinsi AzərTAc-ın baş direktoru A.Aslanov müşayiət edirdi.


FOTO