01_OZBAKISTAN PREZIDENTI -SAFAR - AZARBAYCAN -HEYDAR ALIYEV FONDU ILA TANISHLIQ.jpg
12 sentyabr 2008

Özbəkistan Prezidenti İslam Kərimov Heydər Əliyev Fondu ilə tanış olub

Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 12-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısını səmimiyyətlə qarşıladı.

 

Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verdi.

 

Özbəkistan Prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Özbəkistanın dövlət başçısı Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.

 

Prezident İslam Kərimova xatirə hədiyyəsi təqdim olundu.

 

Ali qonaq Fonddan xoş təəssüratla ayrıldı.


FOTO