001.JPG
29 noyabr 2008

Görkəmli Azərbaycan rəssamı Tahir Salahovun yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici qonaqlar Heydər Əliyev Fondunda olublar

Görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovun yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici qonaqlar noyabrın 29-da Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə ətraflı məlumat verildi. Onlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər.

 

Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən qonaqlara məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində beynəlxalq əlaqələrin inkişafına böyük diqqət və qayğı göstərmişdir.

 

Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bundan əlavə, Fond bir çox sahələrdə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Qonaqlar Fondun xatirə kitabına ürək sözlərini yazdılar. Onlara Fondun hədiyyələri verildi.


FOTO