003.JPG
10 dekabr 2008

Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının ən fəal üzvləri dekabrın10-da ümummilli lider Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunda olmuşlar.

 

Qonaqlara Fondun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond elm, təhsil, mədəniyyət, səhiyyə və sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

YAP gənclər təşkilatının nümayəndələri Fondun zəngin sərgi və ekspozisiyası ilə maraqla tanış oldular.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, müxtəlif kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur.


FOTO