002.JPG
22 dekabr 2008

İslam Dövlətləri Qadın və İdman Assosiasiyasının İdmanın İnkişafı Komitəsi iclasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Bakıda keçirilən İslam Dövlətləri Qadın və İdman Assosiasiyası İdmanın İnkişafı Komitəsinin illik yekun iclasının iştirakçıları dekabrın 22-də Heydər Əliyev Fondunda olmuşlar.


Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə islam ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin idmana diqqəti və qayğısı sayəsində Azərbaycanda bu sahədə nailiyyətlərin təməli qoyulmuşdur.

 

Qonaqlar görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara maraqla baxmışlar. Onlar dünyanın tanınmış siyasi xadimləri tərəfindən verilmiş hədiyyələrlə, ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərdən zəngin təəssürat almışlar.


FOTO