007.JPG
27 noyabr 2007

Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi Heydər Əliyev Fondunda olub

Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi noyabrn 27-də Heydər Əliyev Fondunda olmuşdur.

 

Qonağa görkəmli siyasi xadim Heydər Əliyevin adını yaşadan Fondun yaranması, fəaliyyəti, ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verilmişdir.

 

Fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu siyasət, elm, mədəniyyət və incəsənət xadimlərinin, dövlət və hökumət rəhbərlərinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olan qonaq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketinə də maraqla baxmışdır.

 

Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi Fondun xatirə kitabına ürək sözlərini yazmış, Azərbaycan dövlətinin tərəqqisi naminə dəyərli fəaliyyətində Fonda uğurlar arzulamışdır.

 

Qonağa Fondun hədiyyəsi - “Qarabağ xanəndələri” musiqi albomu hədiyyə edilmişdir.


FOTO