0.jpg
14 fevral 2006

“Ukrayna” Fondunun sədri Leonid Kuçma Heydər Əliyev Fondunda olub

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında "Ukrayna" Fondunun sədri Leonid Kuçma ilə görüşmüşdür.


Görüşdən sonra Prezident İlham Əliyev və Leonid Kuçma Heydər Əliyev Fonduna gəldilər.


"Ukrayna" Fondunun sədrinə və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə hörmət əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri haqqında da məlumat verildi.


Ukraynalı qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlarla, o cümlədən ulu öndərin həyatının ayrı-ayrı məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, xalqımızın görkəmli oğluna həsr edilmiş kitablarla tanış oldular. Dahi liderin şəxsi əşyaları nadir və qiymətli eksponatlar kimi qonaqlarda böyük maraq doğurdu.


Fondun ekspozisiyası ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, "Ukrayna" Fondunun sədri Leonid Kuçma və xanımı xatirə şəkli çəkdirdilər.


Leonid Kuçma Fondun Xatirə kitabına ürək sözlərini yazdı: "Bu dahi insanın, Ukraynanın böyük dostunun xatirəsinin qarşısında baş əyirəm. Onun məni özünə dost saymasından həmişə qürur duymuşam. Onun işləri gözəl ölkədə - Azərbaycanda davam etdirilir".


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Leonid Kuçmaya xatirə hədiyyəsi təqdim etdi.


FOTO