03_TURK GANCLARI HEYDAR ALIYEV FONDUNDA (FOTO OKTAY AYDINOGLU).jpg
24 aprel 2006

Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin sədri Hakan Tütünçünün rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin sədri Hakan Tütünçünün rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 24-də Heydər Əliyev Fondunda olmuşdur. Onlara Fondun yaranması, məqsədi, fəaliyyəti və planları barədə ətraflı məlumat verildi.


Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və uşaqlıq, gənclik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurdu.


Türkiyəli gənclər sonra Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən filmə baxdılar, xatirə şəkli çəkdirdilər.


Qonaqlara Fond tərəfindən hazırlanan, Azərbaycan həqiqətlərini əks etdirən kitablar, broşürlər və disklər hədiyyə edildi.


FOTO