001.jpg
4 mart 2006

Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, idman veteranları Heydər Əliyev Fondunda olublar

Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, idman veteranları martın 4-də Heydər Əliyev Fonduna gəlmişlər.


Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə hörmət və ehtiramlarını bildirmək üçün buraya gələn idmançıları Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.


Qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi.


Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri onlarda böyük maraq doğurdu. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.


Sonra idmançılar Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filminə maraqla baxdılar.


FOTO