ISLAM KONFRANS_ISTRAKCHILARI HEYDER ELIYEV FONDUNDA _FOTO (AYDIN MEMMEDOV).jpg
21 iyun 2006

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında iştirak edən qonaqların bir qrupu Heydər Əliyev Fondunda olublar

İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında iştirak edən qonaqların bir qrupu iyunun 21-də Heydər Əliyev Fondunda olmuşdur.


Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara bildirdi ki, Fond müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği, görkəmli dövlət xadiminin ideyalarının həyata keçirilməsinə dəstək verilməsi məqsədi ilə yaradılmışdır. Sessiya iştirakçılarına ümummilli liderimizin arxivindən götürülmüş və onun fəaliyyətinin bir çox dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verildi.

 

Fondun sərgi və ekspozisiyası ilə tanış olan qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin yarım əsrdən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, bu böyük insana həsr olunmuş kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə maraqla baxdılar. Onların bir çoxu ötən əsrin 70-80-ci illərində Bakıda və Moskvada, beynəlxalq tədbirlərdə Sovet İttifaqının rəhbərlərindən biri olmuş Heydər Əliyevlə görüşləri barədə unudulmaz təəssüratlarını söylədi.


FOTO