0.jpg
30 iyun 2006

Böyük Britaniya kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Böyük Britaniya kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu iyunun 30-da Heydər Əliyev Fondunda olmuşlar.


Hörmətli qonağa Azərbaycan xalqının ümummilli lideri, ölkəmizin müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin mənalı, ibrətamiz həyat yolu və fəaliyyəti haqqında geniş məlumat verildi.

 

Prezident İlham Əliyev ümummilli liderin irsinin layiqincə təbliği üçün Heydər Əliyev Fondunun kompleks iş apardığını vurğuladı, Fondun silsilə layihələr həyata keçirdiyini bildirdi.

 

Xatirə şəkli çəkdirildikdən sonra York hersoqu, şahzadə Endryu Fondun xatirə kitabına ürək sözlərini yazdı. Hörmətli qonağa hədiyyələr təqdim edildi.

 

Sonda Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edən film göstərildi.

 

Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyevin adından York hersoqu, şahzadə Endryunun şərəfinə "Yaxt klub"da rəsmi ziyafət verildi.


FOTO