01_BRIYANIYA PARLAMETININ UZVU-H_ALIYEV FONDUNDA.JPG
1 dekabr 2006

Böyük Britaniya parlamenti Lordlar palatasının üzvü Baronessa Okahoyn Heydər Əliyev Fondunda olub

Böyük Britaniya parlamenti Lordlar palatasının üzvü Baronessa Okahoyn dekabrın 1-də Heydər Əliyev Fondundaolmuşdur.


Qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat verildi. Baronessa Okahoyn fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldu.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Baronessa Okahoyn Fondun xatirə kitabına öz təəssüratını yazdı.

 

Hörmətli qonağa Fondun fəaliyyətindən bəhs edən kitab hədiyyə edildi.

 


FOTO