06_BOLQARISTAN-PIRINSKI-HEYDAR ALIYEV FONDU ILA TANISHLIQ.jpg
24 noyabr 2006

Bolqarıstan Xalq Məclisinin sədri Georgi Pirinski və onu müşayiət edən şəxslər Heydər Əliyev Fondunda olublar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin - Xalq Məclisinin sədri Georgi Pirinski və onu müşayiət edən şəxslər noyabrın 24-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri və fəaliyyətindən danışdı.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verildi. Onlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərlə, tanınmış siyasi xadimlərin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Ümummilli liderin Avropa ölkələrinin rəhbərləri ilə müxtəlif dövrlərdə keçirdiyi görüşlər, çəkdirdiyi xatirə şəkilləri, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əlaqələri haqqında verilən məlumatlar qonaqlarda xoş təəssürat doğurdu.

 

Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla yanaşı, Fond genişmiqyaslı layihələr də həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

 

Bolqarıstan parlamentinin sədri Georgi Pirinski Fondun Xatirə kitabına ürək sözlərini yazdı, müasir Azərbaycan dövlətinin qurucusunun xatirəsinə ehtiramını bildirən hörmətli qonaq Fondun fəaliyyətini yüksək qiymətləndirdi.

 

Georgi Pirinskiyə Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən kitab hədiyyə verildi.

 

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qonaqlarla birlikdə Fondda olmuşdur.


FOTO