01.JPG
15 noyabr 2012

Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Heydər Əliyev Fondunda olub

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 15-də Heydər Əliyev Fondunda olub.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Qonaqlar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.


Ramzan Kadırov Fondun xatirə kitabına ürək sözlərini yazdı.


Qonaqlar Fonddan zəngin təəssüratla ayrıldılar.


FOTO