004.JPG
5 dekabr 2012

İTAR-TASS informasiya agentliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Azərbaycanda səfərdə olan İTAR-TASS informasiya agentliyinin məsul əməkdaşları Marianna Çeremisina və Mixail Kopılov dekabrın 5-də Heydər Əliyev Fondunda olublar. Qonaqlara Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.


Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillər, habelə müxtəlif eksponatlar qonaqlarda böyük maraq doğurub.


Rusiyalı jurnalistlər fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çox saylı sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.


FOTO