02_heyder-eliyev-fond-ziyarat--.jpg
3 aprel 2013

“Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq layihə olimpiadasının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) iştirakçıları aprelin 3-də Heydər Əliyev Fondunda olublar.


Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.


Bildirilib ki, Fond Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə köməklik göstərir.


Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara baxan qonaqlar, Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olublar. Onlar Heydər Əliyevin xarici ölkələrin liderləri ilə görüşlərində çəkilmiş şəkillərə, ümummilli liderin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə də baxıblar.


FOTO