010.jpg
11 aprel 2013

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) əməkdaşları aprelin 11-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn DTXK-nin əməkdaşlarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.


Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Komitənin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər.


DTXK-nin əməkdaşları Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.


FOTO