01_yap-ganclar-birliyi-heyder-aliyev-fond-ziyarat.jpg
13 aprel 2013

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri aprelin 13-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn gənclərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.


Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Gənclər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər.


Qonaqlar Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, ölkəmizin dünya birliyinə qovuşmasında Heydər Əliyevin qurub yaratdığı, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, onun qurultaylarında iştirakını əks etdirən fotosənədlərə də baxıblar.


Sonra gənclər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə tamaşa ediblər.


YAP Gənclər Birliyinin üzvləri Fondda xatirə şəkli çəkdiriblər.


FOTO