008.JPG
16 aprel 2013

Nazirlər Kabineti Aparatının əməkdaşları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları aprelin 16-da Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn Nazirlər Kabineti Aparatının əməkdaşlarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.


Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Aparatının əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər.


Sonra qonaqlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO