narimanov-rih-fond-ziyarat.jpg
19 aprel 2013

Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları aprelin 19-da Heydər Əliyev Fondunda olublar. 


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. 


Fondun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi qonaqların nəzərinə çatdırılıb.


RİH-in əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən şəkillərə və eksponatlara baxıblar. Onlara ümummilli liderin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallar, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketi də nümayiş etdirilib.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.