01_qkdk-kollektiv-fond-ziyarat.jpg
23 aprel 2013

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşları aprelin 23-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib, qurumun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi bildirilib. Qeyd olunub ki, Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Ziyarətçilər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonra qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO