01_fhn-amakdashlar-heyder-aliyev-fond-ziyarat.jpg
25 aprel 2013

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı aprelin 25-də Heydər Əliyev Fondunda olublar.


Nazirlik əməkdaşlarına Fondun fəaliyyəti haqqında məlumat verilib, qurumun ümummilli liderin zəngin irsini öyrəndiyi və təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərildiyi bildirilib.


FHN-nin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonra qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO