01-ruminiya-nazir-heyder-aliyev-fond-tanishliq--.jpg
25 aprel 2013

Rumıniyanın xarici işlər naziri Titus Korlatean Heydər Əliyev Fondu ilə tanış olub

Rumıniyanın xarici işlər naziri Titus Korlatean aprelin 25-də Heydər Əliyev Fondunda olub.


Qonağa Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.


Bildirilib ki, Fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə köməklik göstərir.


Rumıniyanın xarici işlər naziri ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərə, müxtəlif eksponatlara baxıb.


Titus Korlateana məlumat verilib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.


Qonaq Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.


FOTO

VİDEO