007.gif
27 aprel 2013

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri aprelin 27-də Heydər Əliyev Fondunda olublar. 


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn gənclərə Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun ümummilli liderin zəngin irsini öyrəndiyi, təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib.


Gənclər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Gənclərə Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, ölkəmizin dünya birliyinə qovuşmasında Heydər Əliyevin qurub yaratdığı, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, onun qurultaylarında iştirakını əks etdirən fotosənədlər nümayiş olunub.


Sonra gənclər Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO