-yasamal-markaz-amakdahslar-fond-ziyarat-.jpg
29 aprel 2013

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar aprelin 29-da Heydər Əliyev Fondunda olublar.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib, qurumun Heydər Əliyevin zəngin irsini öyrənərək təbliğ etdiyi bildirilib, onun müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi vurğulanıb.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Qonaqlar sonda Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO