005.JPG
29 aprel 2013

Hərbi Prokurorluğun əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 29-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri Heydər Əliyev Fondunu ziyarət ediblər.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, o, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillər və eksponatlar qonaqlara nümayiş olunub. Hərbi Prokurorluğun işçiləri görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO

VİDEO

Paylaş: