003.JPG
30 aprel 2013

“Gilan Holding” Maliyyə-Sənaye qrupunun kollektivi Heydər Əliyev Fondunu ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 30-da “Gilan Holding” Maliyyə-Sənaye qrupunun kollektivi Heydər Əliyev Fondunu ziyarət edib.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib, bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlara görkəmli siyasi xadimin genişmiqyaslı fəaliyyəti barədə də məlumat verilib.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO

VİDEO