01_naxchivan-baki-numayandaliyi-fond-ziyarat.jpg
1 may 2013

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar mayın 1-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar.


Ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilib, bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.


Uuzun müddətdir blokada şəraitinin ağırlığına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının bu gün ulu öndərin işləyib hazırladığı strategiya nəticəsində dinamik inkişafı, tərəqqisi ilə seçildiyi qeyd olunub.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO