004.JPG
1 may 2013

Veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun iştirakçıları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakıda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun iştirakçıları mayın 1-də Heydər Əliyev Fondunu ziyarət ediblər.


Ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyevin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


FOTO

VİDEO