003.JPG
1 may 2013

Respublika Veteranlar Şurası aparatının kollektivi Heydər Əliyev Fondunda olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Respublika Veteranlar Şurası aparatının kollektivi mayın 1-də Heydər Əliyev Fondunda olub.


Veteranlara Fondun fəaliyyəti barədə məlumat verilib, onun Heydər Əliyevin zəngin irsini öyrəndiyi, təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərdiyi bildirilib.


Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra veteranların bir çox problemləri həll edildiyi, onların daim diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan veteranlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO