001.gif
1 may 2013

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfransın iştirakçıları Heydər Əliyev Fondunda olublar

Azərbaycan İctimai-Siyasi Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfransın iştirakçıları mayın 1-də Heydər Əliyev Fondunda olublar.


Ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilib.


Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda konfrans iştirakçıları Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO