hesablama-palatasi-heyder-aliyev-fond-ziyarat.jpg
2 may 2013

Hesablama Palatasının əməkdaşları Heydər Əliyev Fondunda olublar

Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşları mayın 2-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn xidmətin əməkdaşlarına Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun ümummilli liderin zəngin irsini öyrəndiyi, təbliğ etdiyi, müxtəlif social-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib.


Palatanın əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatları baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.