002.gif
4 may 2013

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri mayın 4-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn gənclərə Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi vurğulanıb.


Gənclər əvvəlcə Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Daha sonra görkəmli siyasi xadimin, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər.


Sonra gənclər Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO