Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri mayın 4-də Heydər Əliyev Fondunda olublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verilib.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş, həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan fotoşəkillərə və eksponatlara baxan hacıqabullular görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərini, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətini əks etdirən materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.
Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.