002.gif
4 may 2013

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Heydər Əliyev Fondunda olublar

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları mayın 4-də Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirir, Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə yardım göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan fotoşəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda kursantlar Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmi izləyiblər.


FOTO