003.gif
6 may 2013

Yeni Azərbaycan Partiyası mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının üzvləri Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının üzvləri mayın 6-da Heydər Əliyev Fondunda olublar.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirib ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.


Sonda Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş olunub.


FOTO