01_milli-ordu-asgar-fond-ziyarat.jpg
6 may 2013

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti Heydər Əliyev Fondunu ziyarət edib

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti mayın 6-da Heydər Əliyev Fondunu ziyarət edib.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn zabit və əsgər heyətinə Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, müxtəlif eksponatlarla tanış olublar.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO