milli-ordu-asgar-fond-ziyarat.jpg
7 may 2013

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti Heydər Əliyev Fondunda olub

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabit və əsgər heyəti mayın 7-də Heydər Əliyev Fondunu ziyarət edib.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn hərbçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO