007.gif
7 may 2013

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları mayın 7-də Heydər Əliyev Fondunu ziyarət ediblər.


Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.


Sonda Fondun qonaqları Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO