002.JPG
14 aprel 2012

Litva Respublikasının sabiq dövlət başçısı Vitautas Landsbergis və xanımı Qrajina Ruçita- Landsbergena Heydər Əliyev Fondunda olublar

Azərbaycanda səfərdə olan Litva Respublikasının sabiq dövlət başçısı, ölkə Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis və xanımı Qrajina Ruçita- Landsbergena aprelin 14-də Heydər Əliyev Fondunda olmuşlar.


Litvalı qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.


Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.


Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən Litvanın sabiq prezidenti, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillərə maraqla baxmışdır. Ümummilli liderin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqda xüsusi maraq doğurmuşdur.


Litvalı qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.


Vitautas Landsbergis Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.



FOTO