FOND-TANISHLIQ-CUDO FEDERASIYALARI .JPG
14 yanvar 2011

Beynəlxalq və Avropa cüdo federasiyalarının prezidentləri və rəhbər işçiləri Heydər Əliyev Fondunda olublar

Bakıda səfərdə olan Beynəlxalq və Avropa cüdo federasiyalarının prezidentləri və rəhbər işçiləri yanvarın 14-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara Fondun çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.

 

Burada onlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Qonaqlara məlumat verilmişdir ki, ümummilli lider ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, Azərbaycanın bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldıran idmançılara daim böyük diqqət və qayğı göstərmişdir.

 

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Fondun xatirə kitabına ürək sözlərini yazmışdır.

 

Qonaqlar Fonda xatirə hədiyyəsi təqdim etmiş, Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar, disklər, albomlardan ibarət ekspozisiya ilə tanış olmuşlar.

 

Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatından, dövlətçilik fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.

 

Fondla tanışlıq qonaqlarda zəngin təəssürat doğurmuşdur.


FOTO