02_POLSHA PREZIDENTI - SAFAR - AZARBAYCAN - FOND - ZIYARAT.JPG
25 iyul 2011

Polşa prezidenti Bronislav Komorovski Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Heydər Əliyev Fondunda olmuşdur.


Burada Polşa dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.


Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

 

Prezident Bronislav Komorovski görkəmli şəxsiyyətin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.

 

Fondla tanışlıq zamanı Polşa Respublikasının Prezidentinə məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

 

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

 

Prezident Bronislav Komorovski Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Ona Fondun adından xatirə hədiyyəsi təqdim olundu.

 

Ali qonaq Fonddan zəngin təəssüratla ayrıldı.



FOTO

VİDEO