HAF-DMX-ZIYARAT.JPG
6 may 2011

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları mayın 6-da Heydər Əliyev Fondunda olmuşlar.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

 

Qonaqlar Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

 

Daha sonra qonaqlar ulu öndər Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” filmini izləmişlər.

 

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Fonddan zəngin təəssüratla ayrılmışlar.


FOTO