HAF-MILLI QVARDIYA.JPG
6 may 2011

Milli Qvardiyanın şəxsi heyəti Heydər Əliyev Fondunda olub

Mayın 6-da Milli Qvardiyanın şəxsi heyəti Heydər Əliyev Fondunu ziyarət etmişdir.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Şəxsi heyət Fondun sərgi və ekspozisiyası ilə tanış olmuşdur.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.


Keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

 

Azərbaycanın müdafiə qüdrətinin artması, ölkəmizdə ordu quruculuğun yüksək səviyyəyə çatdırılmasında ulu öndərin gördüyü işlər haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yarandığı gündən Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti də ulu öndərin ətrafında sıx birləşərək dövlətçiliyin qorunmasına böyük töhfələr vermişdir.

 

Qonaqlara ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur.

 

Milli Qvardiyanın şəxsi heyəti Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrılmışdır.


FOTO