HAF-AZERBAYCAN MILLI KONSERVATORIYASI-ZIYARAT .JPG
9 may 2011

Azərbaycan Milli Konservatoriyasının professor və müəllimləri Heydər Əliyev Fondunda olublar

Mayın 9-da Azərbaycan Milli Konservatoriyasının professor və müəllimləri Heydər Əliyev Fondu ilə tanış olmuşlar.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik və siyasi irsini öyrənmək, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir.

 

Ümummilli liderin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr Fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

 

Burada qonaqlara Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması istiqamətində ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verilmişdir. Fondun ziyarətçiləri Heydər Əliyevin dünyanın tanınmış siyasi liderləri, dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

 

Fondla tanışlıqdan sonra Azərbaycan Milli Konservatoriyasının professor və müəllimləri dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminə baxmışlar.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.


FOTO