14 sentyabr 2005

Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksi Heydər Əliyev Fondunda olub

Sentyabrın 14-də Moskvanınvə BütünRusiyanın Patriarx IIAleksi və onu müşayiətedən şəxslər Heydər Əliyev Fondundaolmuşdur. 


II Aleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq, əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış oldu. Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən fotoşəkillər barədə ətraflı məlumat verdi.


Hörmətli qonaq və onu müşayiət edən şəxslər fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərə, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz haqqında kitablara, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkillərinə böyük maraqla baxdılar. 2001-ci ildə Bakıya səfəri zamanı böyük şəxsiyyət Heydər Əliyevlə unudulmaz görüşlərini əks etdirən fotoşəkillər II Aleksidə xüsusi məmnunluq hissi oyatdı.


II Aleksi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətindən yaxşı xəbərdar olduğunu, bunu yüksək qiymətləndirdiyini bildirdi.


Hörmətli qonaq Fondun xatirə kitabına ürək sözlərini yazdı.


II Aleksi və digər qonaqlar xatirə şəkli çəkdirdilər və Fonddan xoş təəssüratla ayrıldılar.


Moskvanın və Bütün Rusiyanın Patriarxını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata müşayiət edirdilər.