21 fevral 2008

Heydər Əliyev Fondu Türkiyənin Kaysəri şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirib

Heydər Əliyev Fondu Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı Türkiyədə keçirilən tədbirləri Kaysəri şəhərindən başlamışdır.

 

Kaysəridəki Ərciyəz Universitetinin Sabançı Mədəniyyət Mərkəzində “Xocalı qətliamının 16-cı ili” konfransında Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən bəhs etmiş, bu qətliamların sadəcə azərbaycanlıların deyil, bütün türk dünyasının faciəsi olduğunu bildirmişdir. Deputat ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında xalqımızın tarixi və mədəni abidələrini məhv etməsinə qarşı elm adamlarının və parlamentarilərin birgə mübarizə aparmasının zəruriliyini vurğulamışdır.

 

Fevralın 21-də şəhərin Ticarət Palatasının salonunda keçirilmiş mərasimdə də Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi nümayiş etdirilmiş, fotosərgi təşkil olunmuşdur. Fondun uşaqların rəsmlərindən ibarət “Xocalı uşaqların gözü ilə” sərgisi iştirakçılarda böyük maraq doğurmuşdur.